İstanbulun mərkəzində güclü partlayış - 5 ölü, 38 yaralı (Video + Yenilənib 3)

19 Mart 2016 18:17 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, partlayışın səbəbi hələki bəlli deyil. İlkin məlumata görə, partlayış nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Hadisə yerinə çox sayda polis və təcili yardım maşınları cəlb edilib. Galatasaray və Taksim meydanlarından prospektə giriş bağlanıb.

Polis hadisə yerində araşdırma aparır.

13:23
***

Partlayış nəticəsində ölənlərdən birinin "canlı bomba" olduğu iddia edilir. İddiaya görə, o insanların sıx olduğu bir yerə getməyi planlaşdırıb, lakin bomba yolda erkən partlayıb.

13:34
***

İstanbul valisi Vasip Şahinin verdiyi məlumata görə, "canlı bomba" tərəfindən törədilən partlayış nəticəsində 4 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Yaralılardan 3-ünün vəziyyətinin ağır olduğu bildirilir.

14:10
***

İstanbul valiliyindən verilən məlumata görə, ölənlərin sayı 5 nəfərə çatıb.

"TRT Haber" telekanalı məlumat verir ki, ölkənin səhiyyə naziri Mehmet Müəzzinoğlu xəsarət alanların sayı 38 nəfərə çatdığını deyib. Onlardan 12-si xarici vətəndaşdır.

Nazirin sözlərinə görə, gün ərzində ikinci terror aktının baş verəcəyi istisna deyil.



Aydan AXUNDOVA