İstanbulda terror aktında xəsarət alanlar arasında Azərbaycanlı yoxdur

19 Mart 2016 18:52 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın Türkiyədəki diplomatik missiyalarından deyiblər.

Azərbaycanın Ankaradakı səfirliyi və İstanbuldakı Baş konsulluğu İstanbulda baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını müəyyənləşdirmək məqsədilə Türkiyənin hüquq-mühafizə orqanları ilə mütəmadi əlaqə saxlayır.

Qeyd edək ki, bu gün İstanbulun İstiqlal prospektində partlayış olub. Hadisə nəticəsində terrorçu da daxil olmaqla 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb.