Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda - Fotolar

19 Mart 2016 19:48 (UTC+04:00)

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi hospitalın həyətində ucaldılmış ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə edib.

Hospitalın korpuslarına baş çəkən Müdafiə naziri orada müalicə alan şəxsi heyətlə görüşüb, onların səhhəti ilə maraqlanıb və Novruz bayramı münasibəti ilə təbrik edib.

Ağır xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi məqsədilə general-polkovnik Z.Həsənovun göstərişinə əsasən 10 ədəd ən müasir çoxfunksiyalı çarpayı hərbi hospitalın təminatına verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.