İrana gedənlər - DİQQƏT
12 Noyabr 2012 09:07 (UTC+04:00)
İrana qarşı sanksiyalar bu ölkənin səhiyyəsinə ciddi təsir göstərib. Ölkədəki tibb universitetlərinin rektorları Prezidentin proqramlaşdırma işləri üzrə müavininə açıq məktubla müraciət edərək ölkədə dərman preparatlarının qiymətlərinin 350 faiz bahalaması və dərman ehtiyatının 6 aydan 2 aya endiyini vurğulayıblar.
Onlar əhalinin ölkədəkə tibbi xidmətlərin keyfiyyətindən narazılığına və tibb müəssisələrinin əhaliyə keyfiyyətsiz xidmət gəstərdiyinə işarə edərək inflyasiya nəticəsində qiymətlərin getdikcə artdığını vurğulayıblar.
Qeyd edək ki, ölkədə valyuta ehtiyatlarının azalması bu sahəyə Mərkəzi Bankın nəzərdə tutulan büdcənin cüzi miqdarını ayırmasına səbəb olub.
Parlamentdə səhiyyə komssiyasının sədri Rəsul Xəzri də dərmanların bahalaşması və bu sahəyə hökumətin diqqətsizliyindən şikayətlənib. Onun sözlırinə görə, büdcədə dərman idxalı üçün nəzərədə tutulan 2,5 milyard dollar vəsaitdən yalnız 600 milyon dolları Mərkəzi Bank tərəfindən bu məqsədlə ayrılıb. Bu məbləğ də sanksiyalara görə İrana dərman idxalı ilə məşğul olan xarici şirkətlərin hesabına köçürülmür.
Nəticədə Avropadan dərman idxalı demək olar ki, tamamilə dayanıb. Qanuna əsasən ölkədə 6 aylıq dərman və tibbi ləvazimat ehtiyatı olmalıdır. Ancaq indiki halda İranda ancaq 2 aylıq dərman ehtiyatı qalıb.
Alpər Oguz
AzNews.az