Leysan yağışları 50-dən çox insanın həyatına son qoydu - Pakistanda

19 Mart 2016 21:48 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, son sutka ərzində iki yaşayış evinin damının uçması nəticəsində ən azı 10 nəfər, o cümlədən qadın və uşaqlar həlak olublar.

Yerli məmurların sözlərinə görə, torpaq sürüşmələri nəticəsində Kəşmir vadisi ilə ölkənin digər hissəsini birləşdirən bir neçə yol bağlanıb.

Bağlanmış yolların təmizlənməsi üçün hakimiyyət əsgər və ağır texnika cəlb edib.
Pakistanın Meteorologiya Bürosu bir həftə əvvəl başlayan leysan yağışlarının bazar gününədək səngiməyəcəyini proqnozlaşdırıb.