İstanbulda terror törədən kamikadzenin adı məlum oldu

20 Mart 2016 14:58 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, İstiqlal küçəsində özünü partladan terrorçunun 24 yaşlı Mehmet Öztürk olduğu məlum olub.
Terrorçunun ailə üzvlərindən alınan qan testləri ilə cəsəddən götürülən qan nümunələrini müqayisə edən həkimlər, M.Öztürkün adını açıqlayıb.

Xəbər verdiyimiz kimi, martın 19-da İstanbulun Taksim meydanında qanlı terror aktı törədilib.

İstanbul valisi Vasip Şahin bildirib ki, partlayış nəticəsində 5 nəfər həlak olub. Onlardan biri terrorçu-kamikadzedir. Ölənlərdən 3-ü İsrail, biri İran vətəndaşıdır.
Xəstəxanalara yerləşdirilmiş 39 yaralıdan doqquzu buraxılıb. Qalan 30 yaralıdan yeddisinin vəziyyəti ağırdır. Yaralıların 24-ü əcnəbidir.