Keçmiş məhkum polisi bıcaqladı - Neftçalada

20 Mart 2016 16:24 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, əvvəllər məhkum olunmuş Neftçala şəhər sakini, 1977-ci il təvəllüdlü Zaur Həsənovla 1971-ci ildə təvəllüdlü Amil Hüseynovun sərxoş vəziyyətdə dalaşdığını görən PPX əməkdaşları onlara yaxınlaşaraq sakitləşdirməyə çalışıblar. Bu zaman Zaur Həsənov üzərində olan bıçaqla polislərdən birinə 2 zərbə vurub. Çiynindən və ayağından xəsarətlər alan 1985-ci il təvəllüdlü polis serjantı Nicat Nağıyev Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törətmiş Zaur Həsənov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Neftçala Rayon Prokrorluğunda cinayət işi qaldırılıb.