Kütləvi dava - Bir nəfər bıçaqlandı

21 Mart 2016 20:01 (UTC+04:00)

Dava şəhərin "Depo qəsəbəsi" adlanan ərazisində qeydə alınıb.

Bir qrup gənc arasında baş verən davada Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü İlkin Hümbətov bıçaq xəsarəti alıb.

O, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı cinayət işi başlanıb.


AzVision.az