Yeni iPhone təqdim edildi – VİDEO

21 Mart 2016 23:31 (UTC+04:00)

Artıq "Apple" markası bu gün keçirdiyi tədbirdə yeni iPhone modelini göstərib.

iPhone SE (Special Edition) adlanan model 31 martda satışa çıxarılacaq.

Qurğu yeni A9 və M9 prosessorları, 4 düymlük ekranla eləcə də Siri səs köməkçisi ilə təchiz olunub. iPhone SE-nin ekran böyüklüyü "iPhone 4"lə eyni ölçüdədir.

Oxu.Az