Vitse-prezidentin cənazəsi ölkəyə gətirildi
12 Noyabr 2012 10:00 (UTC+04:00)
Çexiyanın Karlovı Varı şəhərində qəfil vəfat edən Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Məhəmməd oğlu Əhmədovun cənazəsi bu gecə saat 5 radələrində paytaxta gətirilib.
AzNews.az-a daxil olan məlumata görə, M.Əhmədov Xırdalan qəbiristanlığında dəfn ediləcək. Dəfn mərasimi bu gün saat 15:00-da təşkil olunacaq.
Elnarə
AzNews.az