Giresunlular azərbaycanlı rektor üçün Ərdoğana müraciət etdilər – “Haqsızlığa uğrayır”

22 Mart 2016 16:57 (UTC+04:00)

80-dən çox qeyri-hökumət təşkilatını öz ətrafında birləşdirən qurum Azərbaycan əsilli rektorun uğradığı haqsızlığa qarşı öz etirazını bildirib.

Yenicag.az xəbər verir ki, Aygün Attarın Giresun Universitetinin rektoru olduqdan sonra sadəcə təhsil müəssisəsinin deyil, ümumilikdə şəhərin inkişafındakı xidmətlərini anladan müraciət Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlanıb. Türkiyədəki ermənipərəst qüvvələrin Türkiyə və Giresun sevdalısı Azərbaycan türkünə qarşı çirkin kampaniya apardıqlarına diqqət çəkən müraciətdə bildirilir ki, Aygün xanımın rektorluğunun davamı təkcə universitet üçün deyil, Giresun üçün böyük şansdır.

Aygün Attarın universitet ərazisində Türkiyənin ən böyük "tək qübbə" məscidini tikdirdiyinə, İslami Elmlər, Sivil Havacılıq, İdman və Turizm fakultələrinin yenə rektorun şəxsi təşəbbüsü ilə açıldığına, rektoruluğa təyin olunarkən cəmi 1 xarici tələbə varkən, bu gün 1000-dən çox xarici tələbə olduğuna toxunan müraciət sahibləri GU rektorunun dünya elminə verdiyi töhfələrdən də bəhs edilib.

Qeyd edək ki, Türkiyədə rektor seçkiləri formal xarakter daşıyır və ən çox səs alanların siyahısı Yüksək Təhsil Komissiyası tərəfindən prezidentə təqdim olunur və rektor təyinatı ölkənin birinci şəxsi tərəfindən gerçəkləşdirilir.

Aygün Attarın həm azərbaycanlı olması, həm də erməni yalanına qarşı elmi mübarizəsi Türkiyədə bəzi dairələri ciddi narahat etməkdədir. Təəssüf ki, həmin qüvvələrin içərisində Türkiyənin iqtidar partiyasına da sızmış şəxslər də yer almaqdadır. Həqarətlə "Bir azəri qadın Giresunda rektor ola bilməz" deyən AKP Giresun millət vəkili Nurəddin Canikli də bunlar arasında yer almaqdadır. Aygün Attarın rektorluq fəaliyyətinə əngəllər törədən və mediada "Giresun Universitetinin rəhbərliyi dəyişməlidir" deyə bəyanat verərək, Gülənçilərin namizədi Cevdət Coşqunun seçilməsinə çalışır.

Çox çirkin iftiralardan belə çəkinməyən Canikli Türkiyədə erməni açılımı üçün "bunlar millətin proyektləridir" sözləri ilə tanınır(Mənbə: Türkiyə Böyük Millət Məclisi Sənədləri, 10 noyabr, 2009-cu il).

Qısacası, həmyerlimiz Türkiyədə çox ciddi bir sınaqla üz-üzədir. Sevindirici hal ondadır ki, bir tərəfdə şəxsi mənfəətləri üçün bütün dəyərləri tapdalamağa hazır olan güclər olsa da, giresunlular azərbaycanlı rektorun xidmətlərini unutmayaraq, ona sahib çıxırlar. Müraciəti Giresundakı əksər ictimai təşkilatlar imzalayıb.

Müraciəti olduğu kimi təqdim edirik: