Savçenkoya hökm oxundu - 22 il həbs

22 Mart 2016 18:28 (UTC+04:00)

AzNews.az-ın Rusiya KİV-lərinə istinadən məlumatına görə, iki jurnalistin( İqor Karnalyok və Antona Valoşina) və mülki şəxslərin, o cümlədən qanunsuz sərhədi keçən şəxslərin ölümündə günahlandırılan Nadejda Savçenkoya hökm oxunub. Prokurorluq onun 23 il azadlıqdan məhrum olunmasını və 100 min rubl cərimələnməsini tələb edib.

Qərara əsasən Savçenko 22 il azadlıqdan məhrum edilib və 30 min rubl cərimələnib.

Amma o bu qərarla razılaşmır, Ukraynaya qaytarılmağını tələb edir.