Sərhəddə biri “canlı bomba” olmaqla - 10 İŞİD üzvü saxlanıldı

22 Mart 2016 22:24 (UTC+04:00)

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, İŞİD üzvləri Suriyadan Türkiyəyə keçmək istəyən zaman sərhəddə saxlanılıblar.

Saxlanılan terrorçuların üzərindən xeyli miqdarda silah-sursat götürülüb. Eyni zamanda onlardan birinin üzərinə patlayıcı qurğu bağladığı məlum olub.

Sərhədçilər tərəfindən tutulan İŞİD üzvləri hüquq-mühafizə orqanlarına təslim ediliblər.


APA.az