ABŞ-dan yeni - Terror xəbərdarlığı

23 Mart 2016 09:58 (UTC+04:00)

Bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

"Terrorçu qruplaşmalar qısamüddətli perspektivdə bütün Avropa məkanında terror aktları törətməyi planlaşdırırlar, onların hədəfi idman tədbirləri, turizm obyektləri, restoranlar və nəqliyyatdır", - deyə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

ABŞ vətəndaşlarına insanların kütləvi toplaşdığı məkanlarda və ictimai nəqliyyatda ehtiyatlı olmaq tövsiyə edilir: "Dini bayramlar və hər-hansı böyük festival və tədbirlər zamanı çox ehtiyatlı olun, çalışın insanların kütləvi toplaşdığı yerlərdən aralı olun".

APA.az