Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığa dair - Görüş

24 Mart 2016 11:25 (UTC+04:00)

AzNews.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, görüş NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində götürülmüş məqsədlərin yerinə yetirilməsi, NATO ilə hərbi uzlaşma səviyyəsinin yüksəldilməsi, o cümlədən digər hərbi əməkdaşlıq məsələlərinə həsr edilib.

Görüşlərdə ölkələrimiz arasında strateji tərəfdaşlıq əsasında ikitərəfli və NATO proqramları çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər və perspektiv planlar müzakirə edilib.

Azərbaycan tərəfdən nümayəndə heyətinə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, ABŞ tərəfdən isə ABŞ Müdafiə katibinin nümayəndəsi Maykl Karpenter rəhbərlik edib.