İntiqam Əliyev azadlığa çıxa bilər - Baş prokuror protest verdi

24 Mart 2016 12:07 (UTC+04:00)

Bu barədə məlumat verən vəkil Cavad Cavadov bildirib ki, kassasiya protestinə martın 28-də baxılacaq.

Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Bundan sonra İ. Əliyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Hazırda məhkəmədə onun şikayətinə baxılır.

APA.az