Millimiz Rusiya ilə heç-heçə etdi

24 Mart 2016 23:17 (UTC+04:00)

Məlumata görə, qrupda 8-ci matçına çıxan Azərbaycan millisi səfərdə Rusiyanın qonağı olub. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında Bakıdakı görüşdə millimiz rəqibinə 3:0 hesabı ilə qalib gəlmişdi.

Əlavə edək ki, millimizin qrupunda bu gün keçiriləcək digər oyunda Almaniya evdə Farer adalarını qəbul edəcək.

Qollar: Mahir Mədətov, 47 (0:1), İlya Zuyev, 51 (1:1), Dmitri Barinov, 56 (2:1), Rahil Məmmədov, 58 (2:2)

Trend.az