Keçmiş MTN polkovnikinə qarşı - 100 min dollarlıq ittiham
25 Mart 2016 10:36 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Qafqazinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı Bakı şəhər sakini Məhərrəm Məhərrəmov Baş Polis İdarəsinə müraciət edib.
O bildirib ki, Tofiq Rəcəbov onun etibarından sui-istifadə edərək 2011-ci ildə torpaq satmaq adı ilə ondan 100 min ABŞ dolları alıb və qaytarmayıb.
Şikayət ərizəsi aidiyyatı üzrə Nəsimi RPİ 20-ci Polis Bölməsinə göndərilib, araşdırma aparılır.