Naxçıvanın MTN rəhbərinin həbsində - Eldar Mahmudov izi
25 Mart 2016 17:16 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, Naxçıvandakı mənbələr Turan Agentliyinə bildiriblər ki, əsl səbəb V.Ələsgərovun keçmiş MTN rəhbəri Eldar Mahmudova yaxın olmasıdır.
V.Ələsgərovun işdən çıxarılan yaxın qohumlarının kommersiya obyektləri və ya əmlakları əllərindən alınıb. "Ələsgərovun qohumlarının şəxsi avtomobillərində MTN-in 009 nömrəsi olub. Nömrələrin hamısı geri alınıb", - Naxçıvandakı məlumatlı mənbə bildirib.

Bundan əlavə, Naxçıvan şəhərində V.Ələsgərovun E.Mahmudov üçün tikdirdiyi villa sökülüb. Bata-bat adlanan kurort ərazisində E.Mahmudov üçün tikilən başqa bir villa isə müsadirə edilib.
Naxçıvanın rəsmi dairələrindən və ya Azərbaycan Baş Prokurorluğundan şərh almaq cəhdləri baş tutmayıb.
Xatırladaq ki, Vəli Ələsgərovun adı hüquq müdafiəçilərinin və sıravi vətəndaşların təqib olunması ilə bağlı qalmaqallarda dəfələrlə keçib. Bu işlərin arasında İranın xeyrinə casusluqda ittiham edilən Turac Zeynalovun MTN-də ölməsi də var.