İran ABŞ-la dialoqa “yaşıl işıq” yandırdı

12 Noyabr 2012 12:05 (UTC+04:00)


"ABŞ-la birbaşa danışıqlar aparmaq ancaq İranın ali dini rəhbərinin səlahiyyətindədər". Bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi iki ölkə arasında birbaşa danışıqların aparıldığı barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

Birbaşa danışqıların mümkünlüyü barədə sualı cavablandıran nazir "Əfqanıstan və İraqla bağlı məsələdə ABŞ-la müzakirələr aparılıb. İranın nüvə proqramı ilə bağlı ABŞ-la birbaşa danışıqlara gəlincə isə, bu məsələni ancaq ali dini leder öz səlahiyyətləri daxilində həll edə bilər".

Alpər
AzNews.az