Merkellə selfi çəkdirən oğlan Brüssel terrorçusudur? - Foto
26 Mart 2016 19:08 (UTC+04:00)
"İzvestia" qəzeti yazır ki, sözügedən şəkildə kanslerlə birlikdə qaçqın düşərgəsindən olan bir oğlan da var. Fotonun bu qədər səs-küy yaratmağına səbəb isə fotodakı şəxsin Brüssel terrorunun kamikadzelərindən biri ilə həddindən artıq oxşar olmağıdır.
Angela Merkel bir neçə gün əvvəl Berlindəki miqrant düşərgəsini ziyarət edib. Onunla xeyli sayda qaçqın şəkil çəkdirib. Hələ fotolar sosial şəbəkələrdə yayılan zaman Kanslerin bu hərəkəti alman siyasətçilər tərəfindən tənqidlə qarşılanıb. Bu gün isə fotodakı oğlanın terrorçu Nəcim Laaşraui ilə bənzərliyi əsl gündəm yaradıb.
Qeyd edək ki, Nəcim Laaşrauinin fotosu hüquq-mühafizə orqanları tərəfindən martın 25-də dərc edilib. Belçika prokurorluğu bəyan edib ki, məhz həmin şəxs aeroportdakı partlayışı icra edib.

Qafqazinfo.az