Hava limanında təhlükəsizlik tədbiri gücləndirildi - Türkiyədə

26 Mart 2016 20:44 (UTC+04:00)

"Report" Anadolu agentliyinə istinadən xəbər verir ki, hava limanında bütün sərnişinlərin əsaslı şəkildə yoxlanması, baqaj və əl çantalarına indiyədək baxış olsa da, bu iş daha da gücləndirilib.

Aeroportun ərazisinin yoxlanışı aparılır, hava limanına daxil olan və çıxan sərnişinlər üzərində nəzarət gücləndirilib.