Azərbaycanı təmsil etmiş məşhur idmançı ABŞ-da öldü

27 Mart 2016 10:23 (UTC+04:00)

Ölümünün səbəbi açıqlanmayan Paşkeviç 44 yaşında dünyasını dəyişib.

Beynəlxalq idman ustası İqor Paşkeviç Moskvada anadan olub. O, 1990-cı ildə gənclər arasında dünya çempionatının qalibi olub. 1996-cı ildə Avropa çempionatının gümüş medalını qazanıb. 1997-ci ildən kişilər arasında fiqurlu konkisürmə yarışlarında Azərbaycan bayrağı altında çıxış edib. Son illərdə o, ABŞ-da məşqçi kimi çalışıb.


ans press