İranda dəhşətli qəza - 8 nəfər yanaraq öldü
27 Mart 2016 13:41 (UTC+04:00)
AzNews.az-ın APA-ya istinadən məlumatına görə, Fars əyalətində yük maşını ilə "Pejo" markalı minik avtomobili toqquşub.
Qəzadan sonra yanğın baş verib, 8 nəfər həyatını itirib, 1 nəfər ağır yaralanıb. Məlumata görə, qəzaya yük maşınının yol hərəkəti qaydalarını pozması səbəb olub.