35 yaşlı qadın dəm qazından öldü - Xaçmazda

27 Mart 2016 14:58 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, Sumqayıt şəhər sakini 1981-ci il təvəllüdlü Əzizova Sevinc Kamil qızı dəm qazından zəhərlənərək ölüb.

S. Əzizovanın meyiti tibbi ekspertizadan keçirilmək üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib. Ekspertizadan sonra cəsəd ailə üzvlərinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam edir.