Türkiyə daha iki şəhid verdi - 25 PKK terrorçusu öldürüldü

27 Mart 2016 16:59 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, martın 26-da aparılan antiterror əməliyyatları zamanı Mardinin Nusaybin rayonunda 13, Hırnakda 9, Hakkarinin Yüksekova rayonunda 3 PKK terrorçusu öldürülüb, Kahramanmaraşın Pazarcık rayonunda Suriyadan qanunsuz yolla Türkiyəyə daxil olmuş əcnəbi 4 DEAŞ terrorçusu saxlanılıb.

Bu gün isə antiterror əməliyyatları zamanı Nusaybin rayonunda 1 əsgər və 1 polis şəhid olub.