Bəy gəlin və qayınanası tərəfindən döyüldü - VİDEO
27 Mart 2016 18:24 (UTC+04:00)
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə martın 26-da baş verib.
İnsidenti gəlin maşının arxasınca gələn avtomobilin videoreqistratoru lentə alıb.
Avtomobildən çıxan gəlin gül buketi ilə bəyi döyməyə başlayıb. Sonradan cütlüyə yaşlı qadın yaxınlaşaraq - onun gəlinin anası olması təxmin edilir - əlindəki sumka ilə bəyi döyməyə qoşulub.
Gənc oğlana qarşı belə aqressiyanın səbəbi məlum deyil. Qeyd olunur ki, hadisə Vitebskin tarixi mərkəzində baş verib. Gənclər buraya zaqsdan sonra şəkil çəkdirməyə gəlirlər.