Putin Əsədi təbrik etdi
27 Mart 2016 20:52 (UTC+04:00)
Bu barədə Rusiya dövləti başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
"Suriya prezidenti ilə telefon danışığında Vladimir Putin suriyalı hərbçilərin Palmira şəhərini terrorçulardan azad etməsi münasibətilə həmkarını təbrik edib, həmçinin dünya mədəniyyəti üçün unikal tarixə malik olan bu şəhərin qorunmasının vacibliyini bildirib", - deyə, o, qeyd edib.
Oxu.Az