Ev əşyaları ilə birlikdə yandı

27 Mart 2016 23:50 (UTC+04:00)

AzNews.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, rayonun Şiştəpə kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.