Sürücülərin nəzərinə - Bu yollarda avtomobil sıxlığı var

28 Mart 2016 09:24 (UTC+04:00)

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, hazırda Babək prospektinin Heydər Əliyev prospekti ilə kəsişməsində, Afiyəddin Cəlilov küçəsində, o cümlədən A.Bakıxanov küçəsində sıxlıq yaranıb.

Bundan başqa, Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsində, habelə Tbilisi prospekti (20 Yanvar dairəsi istiqamətində), Binəqədi şosesi (mərkəzə doğru), Ə.Ağaoğlu küçəsinin Xətai prospekti ilə (Təhsil Nazirliyinin qarşısı) kəsişməsində nəqliyyat vasitələri intensiv hərəkət edir.

Report.az