“Xəzər Waterfront”da yanğın - 1 nəfər zəhərləndi

28 Mart 2016 11:11 (UTC+04:00)

Hadisə Səbail rayonu, Mikayıl Hüseynov küçəsi 2 ünvanında qeydə alınıb. Dənizkənarı Milli Parkın ərazisində, Bakı İdman Sarayının arxasında yerləşən "Xəzər Waterfront" ticarət-əyləncə mərkəzinin zirzəmisində elektrik naqillərinin qısa qapanması nəticəsində yanğın olub.

Nəticədə 80 kv.metr ərazidə taxta və digər tullantı materiallları yanıb, orada mühafizəçi işləyən 1993-cü il təvəllüdlü Masallı rayon sakini Siruddinli Fuad Nurəddin oğlu tüstüdən zəhərlənib. O Toksikologiya Mərkəzinə aparılıb, ilkin yardım göstərildikdən sonra evə buraxılıb.

qafqazinfo.az