Obama Ərdoğanla görüşdən imtina etdi – Məscid açılışına da getməyəcək

28 Mart 2016 15:09 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, görüş Ərdoğanın yaxın günlərdə ABŞ-a edəcəyi səfər çərçivəsində keçirilməli idi.

Ağ Evdəki mənbənin sözlərinə görə, Obama Türkiyənin maliyyəsi ilə tikilən məscidin açılışında birgə iştirak etmək barədə Ərdoğanın təklifini rədd edib.

Bundan əlavə mənbə bildirib ki, ABŞ prezidentinin İŞİD-ə qarşı mübarizədə həyati vacib müttəfiqi olan türkiyəli həmkarı ilə təkbətək formal görüşə dair də heç bir planı yoxdur. Bununla yanaşı, rəsmi Vaşinqton sözügedən imtinanın hörmətsizlik kimi qəbul edilməməli olduğunu bəyan edib.

Məlumat üçün bildirək ki, Rəcəb Tayyib Ərdoğan ABŞ-a Vaşinqtonda baş tutacaq Nüvə Təhlükəsizliyi üzrə Sammitdə iştirak etmək üçün səfər edəcək.

Aydan AXUNDOVA