Avrokubok mübarizəsi yenidən qızışır
12 Noyabr 2012 15:25 (UTC+04:00)
Sabah qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 3-cü turunun görüşləri start götürəcək. AzNews.az xəbər verir ki, ilk oyun günündə Bakının "Rabitə" klubu mübarizə aparacaq. Ölkə çempionu Polşada yerli "Atom"la görüşəcək. Matç saat 21:00-da başlayacaq.
Noyabrın 13-də "İqtisadçı" da rəqabətə qoşulacaq. "Tələbələr" CEV kubokunun 1/8 final mərhələsində evdə ilk görüşə çıxacaq. Rəqib milli komandamızın hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Rusiya "Omiçka"sıdır. Bu qarşılaşma saat 20:00-da start götürəcək.
Kamran Hacı
AzNews.az