Obamanın Ərdoğanla görüşdən imtina etməsinə - Rəsmi reaksiya

28 Mart 2016 17:31 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətindən məlumat verilib. "Bizim hazırda görüşün ləğv edilməsinə dair heç bir məlumatımız yoxdur. Hər hansısa bir məlumat əldə etsək mətbuata açıqlama verəcəyik", - deyə mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, bir müddət öncə "The Wall Street Journal" Obamanın Türkiyə prezidenti ilə görüşdən imtina etdiyini yazıb.

Aydan AXUNDOVA