Qazaxda qəza - Ölən var

28 Mart 2016 17:46 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 27-də saat 09 radələrində Qazax rayonunun Yuxarı Salahlı kəndində Xaçmaz rayon sakini Elvin Səfərovun və Türkiyə vətəndaşı Açıqgöz Halil Osmanın idarə etdikləri "Mercedes" markalı avtomobillər toqquşub. E.Səfərov hadisə yerində ölüb.

BDYPİ tərəfindən araşdırma aparılır.