Komissiyanın yeni tərkibi təsdiq edildi - Siyahı

28 Mart 2016 19:04 (UTC+04:00)

Fərmanla Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilir:

Komissiyanın sədri


Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri

Komissiyanın üzvləri

Elçin Əfəndiyev – Azərbaycan Respublikası Baş nazirinin müavini
Akif Əli Zadə – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri
Abbas Ələsgərov – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Arif Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri
İsmayıl Sadıqov – Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri
İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri
Əhliman Əmiraslanov – Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb elmləri bölməsinin akademik-katibi
Ömər Eldarov – Azərbaycan Rəssamlıq Akademiyasının rektoru
Abel Məhərrəmov – Bakı Dövlət Universitetinin rektoru
Siyavuş Kərimi – Azərbaycan Milli Konservatoriyasının rektoru
Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi
Cəlal Abbasov – Azərbaycan Bəstəkarlar İttifaqının katibi
Altay Hacıyev – xalq rəssamı
Arif Məlikov – xalq artisti
Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri
Mövlud Süleymanlı – xalq yazıçısı
Məhərrəm Qasımlı – Azərbaycan Aşıqlar Birliyinin sədri

Bu fərmanla Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli 48 nömrəli fərmanının 1-ci hissəsi ləğv edilir.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.