Kuba lideri Obamanın səfərini sərt tənqid etdi

29 Mart 2016 00:02 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, Kuba inqilabının lideri xalqını öz gücü hesabına ayaqda durmağa səsləyir. O, ölkəsini "imperiyanın hədiyyələri"nə ümid bəsləməməyə çağırır.

Kuba inqilabının lideri Fidel Kastro ABŞ prezidenti Barak Obamanın iki ölkənin yaxınlaşması barədə dediklərinə şübhə ilə yanaşıb.

Ötən həftə ABŞ lideri Kubaya səfəri zamanı nitq söyləyib və o bildirib ki, iki ölkə arasındakı "soyuq müharibə" qurtardı və Vaşinqton bundan sonra Kubaya dostluq əlini uzadır.

Bu gün "Gramma" qəzetinə müsahibə verən Kastro Obamanın çıxışını belə şərh edib: "Obamanın çıxışına qulaq asan infarkt keçirərdi. 60 il Kubaya qarşı düşmənçilik mövqe tutan ABŞ-ın bu gün bizə dostluq əli uzatmasına şübhə edirəm", - deyə inqilab rəhbəri bildirib.

Obama 2014-ci ilin sonunda Kuba ilə münasibətlərin yaxşılaşdırılması prosesinin başlanması haqqında elan edib. İki ölkə arasında münasibətlər 1960-ci illərdə kəsilib. Odur ki, Barak Obamanın Kubaya səfəri son 90 il ərzində Amerika prezidentinin bu ölkəyə ilk səfəri kimi tarixə düşüb.