58 yaşlı kişi özünü körpüdən ataraq öldürdü

29 Mart 2016 10:29 (UTC+04:00)

Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Qəribli kəndində qeydə alınıb. Kənd sakini, 1958-ci il təvəllüdlü Hilal Bağırov özünü kənd ərazisindəki körpüdən ataraq öldürüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

APA.az