Prezident Misirə rəsmi səfərə gedəcək
29 Mart 2016 13:59 (UTC+04:00)
Bunu bu ölkənin ali təhsil naziri Əşrəf əl-Şiha azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, Misir prezidenti azərbaycanlı həmkarını rəsmi səfərə dəvət edib.
"Misir prezidentinin dəvəti əsasında Azərbaycan dövlət başçısının ölkəmizə rəsmi səfəri gözlənilir. Səfər zamanı əməkdaşlığın müxtəlif sahələrinə dair müzakirələr nəzərdə tutulur", - deyə o bildirib.
APA.az