52 yaşlı kişi özünü asdı - Şamaxıda

29 Mart 2016 17:26 (UTC+04:00)

Şamaxı şəhərinin Şirvan küçəsindəki 7 saylı mənzildə yaşayan 1964-cü il təvəllüdlü Eyvazov İlham Faiq oğlu həyətdəki yardımçı tikilidən özünü asaraq öldürüb. Rayonda ev ustası işləyən İlham Eyvazovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

APA.az