“Azərbaycan ailəsi-2016“ film festivalına start verildi - FOTO

29 Mart 2016 19:41 (UTC+04:00)

AzNews.az Heydər Əliyev Fondunun saytına istinadən məlumat verir ki, bu münasibətlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən tədbirdə 2009-cu ildən təşkil olunan festivalın əhəmiyyətindən danışılıb.

Festivalın məqsədinə və ideyasına uyğun olan bədii, sənədli, animasiya filmlərini, sosial çarxları, televiziya verilişlərini və fotoşəkillərini aprelin 1-dən oktyabrın 1-dək Təşkilat Komitəsinə təqdim etmək olar.