Yük maşını çaya düşdü - İki nəfər öldü (Yenilənib)

30 Mart 2016 10:40 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Salyan rayonu ərazisindən keçən Akkuşa çayına "Kamaz" markalı yük avtomobilinin düşməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarış-xilasetmə işlərinə başlayıblar. Axtarış-xilasetmə işləri nəticəsində 2 nəfərin cəsədi tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

09:01
***
Salyan rayonunda baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin şəxsiyyəti müəyyənləşib. "KamAZ" markalı yük maşının Ələt-Astara yolunda hərəkətdə olarkən Akkuşa çayına aşması nəticəısində ölən şəxslər sürücü, 1968-ci il təvəllüdlü Qaçayev Araz Babayar oğlu və sərnişini, 1973-cü il təvəllüdlü Həbibov Mahir Əbil oğlu olub.

Lent.az