Misirdən təyyarəni qaçıran şəxslə bağlı – Tələb

30 Mart 2016 17:03 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, prokurorluğun müvafiq sorğusu artıq Kiprə göndərilib.

Xatırladaq ki, martın 29-da Misirə məxsus A-320 təyyarəsi bütün sərnişinləri ilə birlikdə qaçırılıb. Təyyarəni qaçıran Seyf ad-Din Mustafa pilotdanTürkiyəyə uçmağı tələb etsə də yanacağın az olduğundan Kiprə eniş etməyə razılıq verib. Kiprdə girovlari azad etdikdən sonra könüllü təslim olan Mustafa elə Larnaka hava limanında dindirilib. Larnaka şəhər məhkəməsi iş üzrə istintaq davam edərkən Mustafa barəsində 8 sutka saxlama qərarı verib.

Aydan AXUNDOVA