Neftin qiymətində bahalaşma - 40 dolları keçdi

30 Mart 2016 19:46 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 3,4% artaraq 1 barelə görə 39,6 dollar olub.

Qara qızılının sürətlə bahalaşmasının səbəbi kimi ABŞ FES-in uçot dərəcəsini dəyişməməsi göstərilir.

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Canet Yellenin Nyu-York İqtisadi Klubunda çıxışından sonra dünya bazarında dollar ucuzlaşmağa, neft isə bahalaşmağa başlayıb.


Oxu.Az