Almaniyada azərbaycanlını vəhşicəsinə öldürdülər - İstintaq gedir

30 Mart 2016 21:38 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, Almaniyanin Düseldorf şəhəri yaxınlığında yaşayan, 16.06.1969-cu ildə Ermənistanda doğulmuş İsmayılov Muradbəy Məmməd oğlunun yaşadığı mənzildən meyiti tapılıb. Meyitin çənə ve boğaz nahiyyəsində zorakılıq əlamətləri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məlumata gorə mərhum 3 ildir ki Almaniyada yaşayırmış. Onun Ermənistandan köçkün düşəndən sonra Mingəçevirdə yaşadığı bildirilir.