“Azərbaycanla üzərində işlədiyimiz çox sayda ümumi maraqlarımız var” - Con Kerri

31 Mart 2016 00:30 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Con Kerri Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi press-brifinqdə deyib.

O, Azərbaycana Əfqanıstandakı sülhməramlı səylərə verdiyi töhfəyə görə minnətdarlığını bildirib: "Məlumdur ki, Azərbaycan hazırda mürəkkəb regionda yerləşir. Biz Azərbaycanın həyata keçirdiyi "Cənub Qaz Dəhlizinə" dəstəyimizi bildirmişik. Bu Avropanın uzunmüddətli strateji maraqları baxımından, o cümlədən enerji resurslarının diversifikasiyası baxımından çox böyük addımdır".

O görüşdə terrorizmə qarşı mübarizə və Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həlli məsələsini müzakirə etdiklərini bildirib: "Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə ehtiyac var".