Səfirdən Xankəndi limanı ilə bağlı sərt açıqlama
13 Noyabr 2012 05:50 (UTC+04:00)
"Ermənilərin Dağlıq Qarabağda hava limanı açması barədə məsələ yeni deyil və Rusiya tərəfi münaqişənin həllində iştirak edən digər vasitəçilərlə birgə bununla bağlı narahatlığını bildirib".
APA-nın "İnterfax" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib. Səfirin sözlərinə görə, bu addım tərəflər arasında etimadın qurulmasına mane yaradır və regionda gərginliyə səbəb olacaq: "Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə töhfə verməyəcək".
V. Doroxin hər iki tərəfin diplomatik addımlar atacağına ümidvar olduğunu bildirib: "Düşünürəm ki, tərəflər hava gəmilərin vurulması barədə təhdidlərə yol verməyəcək və bu məsələni siyasətləşdirməyəcəklər".
AzNews.az