Mirkamil Rəhimov vəfat etdi

31 Mart 2016 10:12 (UTC+04:00)

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəhbəri Mirkamil Rəhimov dünyasını dəyişib.

O, bu gün səhər saatlarında vəfat edib. 60 yaşında dünyasını dəyişən mərhum bu gün torpağa tapşırılacaq.

Qeyd edək ki, Rəhimov AFFA-nın İcraiyyə Komitəsinin üzvü və Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti idi.

apasport.az