Polis səhv yolu bağladı – Ərdoğan ABŞ-da tıxacda qaldı (Video)

31 Mart 2016 11:03 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, buna səbəb ABŞ polisinin Türkiyə prezidentinin keçəcəyi yolla bağlı yanlış məlumat alması olub. ABŞ yol polisləri Türkiyə prezidentinin digər yoldan keçəcəyini düşünərək səhvən Ərdoğanın keçdiyi yolu bağlayıblar. Nəticədə türk və amerikalı iş adamları ilə iclasa gedən Ərdoğan konvoyu ilə bir müddət tıxacda gözləməli olub.

Polis səhvini anladıqdan sonra yol açılıb.

Qeyd edək ki, Türkiyə prezidenti Nüvə Təhlükəsizlik Sammitində iştirak etmək üçün Vaşinqtondadır.




Aydan AXUNDOVA