Azərbaycanlı avtoritetlərin “sxodka”sına basqın – 200 nəfər saxlanıldı
31 Mart 2016 12:49 (UTC+04:00)
AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, böyük "sxodka"nın təşəbbüskarı azərbaycanlı Ağayar adlı şəxs olub. Mənbənin verdiyi məlumata görə, o, yubiley keçirmək adı ilə həmyerlilərini Yekaterinburqda kafeyə dəvət edib. Dəvəti qəbul edən avtoritetlər arasında Əli, Cavanşir,Vaqif kimi şəxslərin adları çəkilir.
Polis basqını nəticəsində ümumilikdə, 200-dən çox insan saxlanılıb. Saxlanılanların Daxili İşlər Nazirliyinin Sverdlovsk rayon üzrə mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinə aparıldığı bildirilir.
Hadisə yerinə Azərbaycan konsulluğunun nümayəndələri də gəlib. Azərbaycan Diasporonun nümayəndəsinin sözlərinə görə, bütün saxlanılanların barmaq izləri götürülüb. Saxlanma zamanı onların üzərində silah, bıçaq və narkotikə bənzəyən maddə aşkarlanıb.
Hazırda izahatların toplanılması və yoxlanılması həyata keçirilir.
Aydan